İran neft-kimya sənayesinin inkişafında əzmkardır
https://azeri.sahartv.ir/news/İran-i260988-İran_neft_kimya_sənayesinin_inkişafında_əzmkardır
İran Milli Neft-Kimya Şirkətinin icraçı direktoru deyib: İxracat gəlirlərinin artırılması, həmçinin neft və qazın xam şəkildə satışından əldə olunan gəlirdən asılılığın tədricən götürülməsi İranda neft-kimya sənayesinin inkişaf perspektivinin hədəflərindəndir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2017 14:17 Asia/Baku
  • İran neft-kimya sənayesinin inkişafında əzmkardır
    İran neft-kimya sənayesinin inkişafında əzmkardır

İran Milli Neft-Kimya Şirkətinin icraçı direktoru deyib: İxracat gəlirlərinin artırılması, həmçinin neft və qazın xam şəkildə satışından əldə olunan gəlirdən asılılığın tədricən götürülməsi İranda neft-kimya sənayesinin inkişaf perspektivinin hədəflərindəndir.

IRIB-nin məlumatına görə, İran Milli Neft-Kimya Şirkətinin icraçı direktoru Mərziyyə Şahdayi bu gün Tehranda keçirilən "Neft-kimya Sənayesinin Gələcəyi- Fürsətlər və Problemlər" konfransında əlavə edib: İri neft və qaz resurslarının mövcudluğu, qazın rəqabətli qiyməti, azad sulara çıxma və İran dövlətinin xarici iştirakı və müştərək investisiyaları dəstəkləməsi İranın neft-kimya sənayesinin fürsətlərindəndir.

Mərziyyə Şahdayi söyləyib: Xarici investorlar İranın neft-kimya sənayesinin icra olunmaqda və ya araşdırılmaqda olan layihələrində iranlı şirkətlərlə həmkarlıq edərək, iştirak edə bilərlər.