Narkotik maddələrlə mübarizə regional və beynəlxalq əməkdaşlığa ehtiyaclıdır
İran İslam Respublikasının daxili işlər naziri narkotik maddələrlə mübarizənin regional və beynəlxalq əməkdaşlıqlara ehtiyaclı olduğunu deyib.
İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli Tehranda keçirilən narkotik maddələrlə mübarizə beynəlxalq konfransında çıxış edib: İran narkotik maddələrlə mübarizə sahəsində regional və beynəlxalq strukturlarla informasiya və icra əməkdaşlıqları üçün lazımi şəraiti yaradıb. Lakin belə əməkdaşlıqların uğur qazanması regiondan kənar ölkələr tərəfindən lazımi zaman fürsətləri ilə daha dəqiq və mütənasib əməkdaşlıqları tələb edir.
"İran Balkan istiqamətinin ilk ölkəsi olaraq qaçaqçılıq və əlaqədar cinayətlərə dair ilk və ən böyük dalğaya məruz qalan ölkədir" -deyə Rəhmani Fəzli əlavə edib.
Daxili işlər naziri İranın müvazinətli strategiya ilə narkotik maddələrin satışa çıxarılması ilə mübarizə və narkotikaya tələbatın azaldılması kimi bütün mübarizə metodlarını izlədiyini deyib: İranın təhlükəsizlik qüvvələri 2016-cı ildə 2300 əməliyyat keçirərək 681 min 576 kiloqram narkotik madddəni aşkarlayıblar. Bu isə 2015-ci illə müqayisədə təxminən 9% artımın olduğunu göstərir.
İran İslam Respublikası dünyada narkotik maddələrin qaçaqçılığı ilə mübarizənin ön cəbhəsində 3500 şəhid və 10 mindən çox yaralı vermişdir.
Tehran beynəlxalq konfransı Balkan istiqamətində narkotik maddələrin qaçaqçılır prosesinin araşdırılması, belə növ qaçaqçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməkdaşlıqlara nail olmaq məqsədilə bu gün səhər işə başlayıb.