Əmir Abdullahian: Suriyada terrorçuların işi bitmək üzrədir
İranın İslami Şura Məclisinin sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: Suriyanın Homs vilayətində Tədmor şəhərinin azad edilməsi terrorçuların işinin bitməkdə olduğunu göstərir.
İRİB-in verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahian Tədmor şəhərinin terrorçuların işğalından azad edilməsi münasibəti ilə Suriya xalqı və dövlətini təbrik edərək deyib: Terrorçular Cenevrədəki danışıqlardan uzaqlaşdırılmayınca Suriya üzrə həqiqi siyasi həll yolu reallaşmayacaq.
Əmir Abdullahian İranın Suriyaya öz dəstəyini davam etdirəcəyini vurğulayaraq deyib: Suriya Qüdsün azad edilməsinə dəstəkdə sarsılmaz mövqeyə malikdir.
Suriya ordusu dünən bir bəyanat yayaraq tarixi Tədmor şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsini rəsmən elan etdi.
Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı və onun digər müttəfiqlərinin Suriyanın qanuni prezidenti Bəşar Əsədin hökumətini devirmək məqsədi ilə dəstəklədikləri terrorçuların geniş hücumu ilə başlamışdır.