Mart 04, 2017 15:22 Asia/Baku
  • İraqçı: Trampın nüvə anlaşmasının müddətini uzatmaqdan başqa çarəsi yoxdur

"ABŞ prezidenti Donald Tramp Əhatəli Müştərək Təşəbbüs Proqramını kənara qoymaqla ölkəsini zərər və ziyanla üzləşdirəcək"

Bu sözləri Tehranda Əhatəli Müştərək Təşəbbüs Proqramı və Müqavimət İqtisadiyyatı Milli Konfransında çıxış edən İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələləri üzrə müavini Abbas İraqçı deyib.

Onun sözlərinə görə, Donald Tramp nüvə anlaşmasını dəyərləndirməkdədir və 2017-ci ilin may ayının ortalarına qədər İran əleyhinə sanksiyaların təxirə salınmasının müddətini uzatmalıdır və o zamana qədər ABŞ-ın yeni hökumətinin siyasətinin nə olduğu müəyyənləşəcək.

"Hazırkı şəraitdə kollektiv ABŞ prezidentinə qarşıdır. Buna görə, Donald Trampın nüvə anlaşmasının müddətini uzatmaqdan başqa çarəsi yxodur. Nüvə anlaşmasını cırmaq istəyərsə, onun xərcləri öz üzərinə düşəcəkdir" -deyə iranlı nazir müavini əlavə edib.

İran xarici işlər nazirinin müavini enerji sektorunda nüvə anlaşmasının rolunu qeyd edib: İranda 80 milyard dollarlıq neft müqaviləsinin imzalanması üçün müzakirələr aparılır. İran ötən bir ildə öz neft hasilatı və ixracını sanksiyaların tətbiq olunduğu dövrdən öncəyə qaytara bilmişdir.

Əhatəli Müştərək Təşəbbüs Proqramı və Müqavimət İqtisadiyyatı Milli Konfransı Nüvə Anlaşmasının nailiyyətləri və Müqavimət İqtisadiyyatının perspektivində duran fürsətlərin araşdırılması məqsədilə 28 fevralda başlayıb və 8 marta qədər davam edəcək.

Teqlər