Genral Dehqan: İranın müqavimət cəbhəsini himayə etməsi düşmənlərin məğlubiyyətinə səbəb olub
İranın müdafiə naziri deyib: İran daim müqavimət cərəyanlarını himayə edib və bu himayə düşmənləri geri çəkilməyə və məğlubiyyət ilə üzləşməyə məcbur edib.
İran İslam Respublikasının müdafiə naziri general Hüseyn Dehqan çərşənbə günü Tehranda deyib: İran müstəqil siyasi quruluşa malikdir və bu yoldan geri dönməyəcək.
General Dehqan İranın müdafiə qüdrətinin, istənilən təhdid qarşısında xalqın təhlükəsizliyinə səbəb olduğunu bildirib və deyib: İran silahlı qüvvələri xalqın hərəkəti yolunda təsəvvür olunan istənilən təhdidi öncədən təyin etməyə və onları zərərsizləşdirməyə, xalqı təhdidlər qarşısında qorumağa qadirdir.
O həmçinin deyib: İslam İnqilabının müraciəti dünyaya yayılıb və dünya xalqlarını təsir altına alıb.
İranın müdafiə naziri əlavə edib: Müdafiə qüdrətinin artması düşmən ilə ehtimal olunan savaşda qələbəni İran silahlı qüvvələri üçün qətiləşdirmiş olub.
General Dehqan sonda vurğulayıb: Regionda ictimai bazaya malik olmayan zorakı qüdrətlər regiondan kənar qüvvələrin Yaxın Şərqdəki iştirakının əsas amilidirlər.