İnqilab Rəhbəri: Meşələr və təbii qaynaqlar tamahkarlardan qorunmalıdır
Təbii qaynaqlar həftəsində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər 2 ədəd meyvə ağacı əkiblər.
İslam İnqilabının Böyük Rəhbəri daha sonra çıxış edərək, yaşıllıq və bitki örtüyünün əhəmiyyətindən danışıblar: "Qum fırtınaları və havanın çirklənməsi kimi bir çox olaylar, habelə, şəhərlərdə havanın qeyri-sağlam hal alması bitki örtüyünün az olmasına görədir. Və İranın iqlimini və səhralıq ərazilərinin geniş olmasını nəzərə aldıqda, bitki örtüyünün qorunması daha böyük əhəmiyyət kəsb etmiş olur.
Həzrət Ayətullahülüzma Xamenei çeşidli dərman bitkiləri ilə zəngin olan çəmənlikləri və ölkənin şimalındakı meşə örtüyünü İranın bitki örtüyü baxımından üstün özəlliklərindən adlandırıb və deyiblər: Meşələr, otlaqlar və əkin sahələri üzrə məsul şəxslər bu milli irsin qorunmasına səy göstərməlidirlər.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, ağac əkmə mərasimini xalqın təbiətə olan diqqətinin nişanəsi adlandırıblar.
5 Mart İranda ağac əkini günü kimi qeyd edilir.