Mart 09, 2017 09:29 Asia/Baku
  • Laricani: BMT teatr səhnəsinə çevrilib
    Laricani: BMT teatr səhnəsinə çevrilib

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının bəzi mövqelərini tənqid edərək deyib: BMT rejissorları Amerika və onun müttəfiqləri olan teatr səhnəsinə çevrilib.

İRİB-in verdiyi məlumata görə, Məhəmmədcavad Laricani dünən gecə İranın 2-ci telekanalına verdiyi müsahibədə indiyədək minlərlə yəmənli uşağın Səudiyyə muzdluları tərəfindən qətlə yetirildiyini xatırladaraq deyib: BMT qrumları bu uşaqların öldürülməsini sadəcə Yəməndə daxili müharibənin nəticəsi hesab edirlər. 

Laricani həmçinin insan haqlarının demokratiya nəzərə alınmadan mümkün olmadığını bildirərək deyib: İran İslam Respublikası regionda demokratiya beşiyidir amma bununla belə Amerikanın istilası altında olan insan haqları qurumları bu demokratiyanı sual altına alırlar. 

Məhəmmədcavad Laricani İran üçün insan haqları üzrə xüsusi məruzəçinin təyin olunmasının İnsan Haqları Şurasının əsasnaməsinə zidd olduğunu bildirərək deyib: İranın xüsusi məruzəçiyə qarşı mövqeyi, onun şəxsinə qarşı deyil. 

İranın məhkəmə hakimiyyətinin insan haqları qərargahının katibi BMT insan haqları şurasının xususi məruzəçisinin İrana qarşı son hesabatını qınayaraq deyib: O öz hesabatlarında münafiqləri, terrorçu Rigi qrupunun üzvlərini və 88-ci il fitnəsinin fəallarını insan haqları müdafiəçiləri sırasında təqdim edib. 

Teqlər