İranın 44-cü gəmi qrupu tapşırığını bitirərək geri dönüb
https://azeri.sahartv.ir/news/İran-i262264-İranın_44_cü_gəmi_qrupu_tapşırığını_bitirərək_geri_dönüb
İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qoşunlarının 44-cü gəmi qrupu beynəlxalq sularda 5 ay tapşırığını yerinə yetirdikdən sonra şənbə günü Abbas limanının İmamət Nedaca platformasına yan alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2017 19:03 Asia/Baku
  • İranın 44-cü gəmi qrupu tapşırığını bitirərək geri dönüb
    İranın 44-cü gəmi qrupu tapşırığını bitirərək geri dönüb

İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qoşunlarının 44-cü gəmi qrupu beynəlxalq sularda 5 ay tapşırığını yerinə yetirdikdən sonra şənbə günü Abbas limanının İmamət Nedaca platformasına yan alıb.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qoşunlarının 44-cü gəmi qrupu Əlvənd esminesi və Buşehr hərbi dəstək gəmisindən ibarətdir. 

İran ordusunun Hərbi Dəniz Qoşunlarının Atlantik okeanda iştirak üçün potensiala malik olmasına dair bəzi ölkələrin iddialarına baxmayaraq, 44-cü gəmi qrupu bu okeanın beynəlxalq sularında tam qüdrəti ilə öz iştirakını sübuta yetirdi və öz tapşırığını başa çatdırdı.

İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qoşunlarının 44-cü gəmi qrupu Tanzaniyanın Darussalam limanı və Cənubi Afrika Respublikasnın Durban limanına yan alıb və Ədən körfəzi və Babul-Məndəb boğazında bitişik xətlərinin təhlükəsizliyini təmin edib.