Mehran neft yatağının inkişafı layihəsi istismarının ilk etapı başlanıb
İranın qərbindəki İlam vilayətinin Mehran məntəqəsində yerləşən Azər neft yatağının inkişafı layihəsinin vaxtından qabaq istismarının ilk etapı bu gün İranın neft nazirinin iştirakı və gündə 15 min barrel neftin çıxarılması ilə başlanıb.
IRNA-nın məlumatına görə, İran Mühəndislik və Neft İnkişafı Şirkətinin rəyasət heyətinin sədri və icraçı müdiri Seyid Nurəddin Şəhnazizadə Azər neft yatağının inkişafı layihəsinin vaxtından qabaq istismarının ilk etapının başlanması mərasimində belə qeyd edib: Bu neft yatağının üçdə bir hissəsi İran ərazisində, üçdə iki hissəsi isə İraqın Bədari məntəqəsində yerləşir.
Şəhnazizadə əlavə edib: Bu neft yatağında 2 milyard 440 milyon barrel neft mövcuddur ki, yeni tapıntılara görə, bu miqdar dörd milyard barrelədək artacaqdır.
Şəhnazizadə bu layihənin icrası üzrə investisiyanın miqdarını bir milyard 234 milyon dollar elan edərək, deyib: Layihənin icrası üçün 129 kilometrlik boru kəməri çəkilib.
İranın neft naziri Bijən Namdar Zəngən Azər ortaq neft yataqlarından neftin çıxarılmasının birinci mərhələsinin istifadəyə verilməsi və İlam vilayətinin idarə şurasının iclasında iştirak etmək məqsədilə bu gün bu vilayətə daxil olub.