Mart 15, 2017 10:07 Asia/Baku
  • Təhlükəsizlik naziri: İranda əvəzsiz təhlükəsizlik hakimdir

"Bəzi region ölkələrində de-stabilliyin olmasına baxmayaraq, İranda əvəzsiz təhlükəsizlik hakimdir".

Bu sözləri İranın 2-ci televiziyasının dialoq proqramının qonağı olan İranın təhlükəsizlik naziri Mahmud Ələvi deyib. 

Onun sözlərinə görə, son illərdə regionun müxtəlif ölkələri və bəzi Avropa ölkələrinin terror aktlarının şahidi olduğu bir halda, müxtəlif təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə İranda yaxşı təhlükəsizlik vardır.

Mahmud Ələvi sonda bildirib: Terror aktları ilə mübarizədə İranın Təhlükəsizlik Nazirliyinin rolu, məlumatlar dairəsi və terrorçulara zamanında zərbənin endirilməsi əvəzsiz olmuşdur.  

Teqlər