Mart 17, 2017 19:48 Asia/Baku
  • İranın yunan-roma güləşi üzrə yığma komandası dünya çempionatında üçüncü olub

İranın yunan-roma güləşi üzrə yığma komandası bu gün Türkiyə millisinə qalib gələrək, İranın Abadan şəhərində bu idman növü üzrə keçirilən 2017-ci il dünya çempionatının bürünc medalçısı olub.

Güclü oyunlar nümayiş etdirməsinə rəğmən, Rusiya millisinə məğlub olan İranın yunan-roma güləşi üzrə yığma komandası bu gün axşam Türkiyə yığmasına 7-1 hesabı ilə qalib gələrək, yarışların üçüncü pilləsində durub.

Bu yarışların final görüşü Rusiya və Azərbaycan Respublikası komandaları arasında keçiriləcək.

İranın yunan-roma güləşi üzrə yığma komandası indiyədək beş dəfə- 2010-cu ildə Ermənistanın İrəvan, 2011-ci ildə Belarusun Minsk, 2012-ci ildə Rusiyanın Saransk, 2014-cü ildə İranın Tehran və 2016-cı ildə İranın Şiraz şəhərlərində keçirilən dünya çempionatlarında çempion adını qazanıbdır. Onu da qeyd edək ki, İran yığması 2010-cu ildən 2012-ci ilədək üç il dalbadal dünya çempionu adını qazanıbdır.

Yunan-roma güləşi üzrə dünya çempionatında Rusiya komandası sabiq SSRİ komandasının nəticələri də hesab olunmaqla 18 dəfə dünya çempionu olmaqla rekord sahibidir. İran komandası beş, Kuba komandası ilə dörd dəfə çempion olmaqla bu sırada ikinci və üçüncü yerdə dururlar.

Teqlər