İranlı zəvvarların Beytullahulhərama göndərilməsi bərpa olunub
İranın Həcc və Ziyarət Təşkilatı bildirib ki, iranlı zəvvarların 2017-ci ildə həccə göndərilməsi üzrə şərait yaranıbdır.
İranın Həcc və Ziyarət Təşkilatı bu gün axşam bir məlumat yayaraq bildirib: Nəzərdə tutulan gözləntilərin təmin olunmasından tam əmin olaraq və İslam İnqilabının Böyük Rəhbərinin, həmçinin İslami İranın rəsmiləri və xalqının "təhlükəsizlik, izzət və hörmət"ə söykənən izzətli həccin reallaşması, habelə konsulluq, tibb və ehtiyac duyulan digər xidmət sahələrində əlaqədar xidmətlərin təqdimatı üzrə zəminin yaradılmasına dair təkidlərinə əsasən, 85 mindən çox iranlı zəvvarın qarşıdakı həccə göndərilməsi üçün lazımi şərait yaranıbdır.
Bu məlumata əsasən, Mina şəhidləri, Məscidulhəram hadisəsi şəhidləri məsələləri daxil olmaqla müxtəlif mövzular barədə müzakirələr və əlaqədar nəticələr tezliklə elan olunacaq.
Bundan öncə İranın Həcc və Ziyarət Təşkilatının başçısı Həmid Mohəmmədi həccin bərpası barədə Tehranın şərtləri barədə belə demişdi: İranlı zəvvarlar üçün hüquqi və konsulluq himayələrinə malikolma, Minada şəhid olmuş 464 iranlı hacının diyəsinin ödənilməsi, zəvvarların izzəti və hörmətinə riayət və tam sağlamlıq və asayişdə həcc mərasimini yerinə yetirəcək zəvvarların təhlükəsizliyindən əminlik İran İslam Respublikasının ilkin və əsas şərtlərindəndir.
Səudiyyə Ərəbistanı 2016-cı ildə puç dəlillərə görə, İran və Suriya daxil olmaqla bəzi islami ölkələrin zəvvarlarının həcc mərasimində iştirak etmələrini əngəllədi.
Səudların iranlı zəvvarların İbrahim(ə) həccinə göndərilməsinə mane olmaları elə bir halda olubdur ki. 464 iranlı zəvvar daxil olmaqla minlərlə zəvvar 2015-ci ilin qurban bayramında Mina çölündə həcc mərasimini yerinə yetirərkən Ali-Səud başçılarının tədbirsizlikləri ucbatından öz həyatını itirdi.