29 esfənd İranda nef sənayesinin milliləşməsi günüdür
Mart 19, 2017 11:40 Asia/Baku
Bu gün bazar 29 esfənd (19 mart) İranın neft sənayesinin milliləşməsindən 66 il ötür.
İranın neft sənayesinin milliləşməsi layihəsi 20 mart 1951-ci ildə İran parlamentində Neft Komissiyası üzvlərinin təklifi ilə təsdiqləndi və İran nefti rəsmi şəkildə milliləşdi.
İranın neft sənayesinin milliləşməsi ilə gərgin siyasi dövrdən sonra, Britaniyanın İranın neft sənayesindən əli kəsildi və bu məsələ britaniyalıların tədricən Yaxın Şərqdən çıxmağa başlaması ilə nəticələndi.
İranın neft sənayesinin milliləşməsi həmçinin Yaxın Şərq regionunun siyasi proseslər tarixində dönüş nöqtəsi idi. Camal Əbdül-Nasirin rəhbərliyi ilə Misirdə Süveyş kanalının da milliləşməsi də İranın neft sənayesinin milliləşməsindən örnək aldı.