İnqilab Rəhbərinin 1395-ci günəş ilindəki ən mühüm cümləsi
"Əgər nüvə anlaşmasını cırarlarsa, biz onu yandırarıq". Həzrət Ayətullahuluzma Xameneinin bu cümləsi İslam İnqilabının Böyük Rəhbərinin 1395-ci günəş ilindəki ən mühüm cümləsi kimi bir rəy sorğusunda xalqın nöqteyi-nəzərindən seçilib.
Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Yayılması Ofisinin məlumatına görə, 2017-ci il martın 12-dən 17-dək KHAMENEI.IR vebsaytı tərəfindən İslam İnqilabının Böyük Rəhbərinin ilin ən mühüm cümləsi mövzusu ilə keçirilən bir rəy sorğusunda "Əgər nüvə anlaşmasını cırarlarsa, onu yandırarıq" cümləsi bu vebsaytın istifadəçilərinin nöqteyi-nəzərindən seçilibdir.
İslam İnqilabının Böyük Rəhbərinin bu cümləsi ABŞ-ın qalmaqallı prezidenti Donald Trampın ardıcıl olaraq nüvə anlaşmasının cırılması haqdakı sözlərinə cavab olaraq bəyan edilib.
İslam İnqilabının Böyük Rəhbəri ötən iyun ayında ölkə rəsmilərilə görüşdə belə qeyd etdilər: Biz əlbəttə, nüvə anlaşmasını birinci olaraq pozmayacağıq; lakin əgər qarşı tərəf onu pozarsa ki, indi Amerika prezident seçkilərinə namizəd olanlar daim təhdid edirlər ki, biz gəlib, cıracağıq, pozacağıq; əgər onlar cırarlarsa, biz onu yandırarıq".
"Xalq gilyeylidir" və "Xürrəmşəhrlər qarşıdadır" cümlələri müvafiq olaraq İslam İnqilabının Böyük Rəhbərinin 1395-ci günəş ilində söylədikləri ikinci və üçüncü cümlə kimi xalq tərəfindən seçilib.
"Sionist rejim qarşıdakı 25 ili görməyəcək" cümləsi də İslam İnqilabının Böyük Rəhbərinin 1394-cü günəş ilindəki ən mühüm cümləsi kimi xalq tərəfindən seçilmişdi.