Mart 27, 2017 18:27 Asia/Baku
  • İran prezidenti Moskvaya daxil oldu
    İran prezidenti Moskvaya daxil oldu

Rusiya prezidenti Vladimr Putinin dəvəti əsasında yüksək səviyyəli siyasi-iqtisadi heyətin müşayiəti ilə Moskvaya səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani "Vnukovo" hava limanına daxil olub.

İran prezidentini Vnukovo hava limanında Rusiya xarici işlər naziri, İranın Moskvadakı səfiri və Rusiyanın Tehrandakı səfiri qarşılayıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Rusiya baş naziri Dmitri Medvedyev tərəfindən şərəfinə veriləcək şam ziyafətində iştirak edəcək.

İran İslam Respublikası prezidentini rəsmi qarşılama mərasimi sabah Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə sabah baş tutacaq. İkitərəfli görüşün ardınca iki ölkənin yüksək səviyyəli heyətləri arasında müzakirələr aparılacaq və əməkdaşlıq sənədləri imzalanacaq.

İmzalanacaq onlarla əməkdaşlıq sənədindən biri 5-50 nəfərlik turist dəstələri üçün vizanın ləğv edilməsidir. Bu da iki ölkə arasında viza rejiminin tam şəkildə ləğv edilməsi üçün danışıqlara hazırlıq sayılır.

Teqlər