Mart 29, 2017 18:11 Asia/Baku
  • Zəngənə: Neft istehsalının məhdudlaşdırılması üzrə razılaşmanın vaxtının uzadılması ehtimalı böyükdür
    Zəngənə: Neft istehsalının məhdudlaşdırılması üzrə razılaşmanın vaxtının uzadılması ehtimalı böyükdür

İran İslam Respublikasının neft naziri deyib: Böyük ehtimal üzrə, neft istehsal edən ölkələr təşkilatı OPEK üzvləri arasında istehsalın azaldılması üçün razılaşmanın müddəti uzaldılacaq.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası neft naziri Bijən Namdar Zəngənə bu gün deyib: Neftin istehsalının məhdudlaşdırılması üzrə beynəlxalq razılaşmanın müddətinin uzaldılması məsələsi müzakirə edilməlidir. 

İranın neft naziri deyib: OPEK-ə üzv olan və olmayan ölkələrin neft istehsalını məhdudlaşdırmaq barədə durumunun dəyərləndirilməsi üçün zaman lazımdır. 

OPEK 2016-cı il noyabr iclasında 2008-ci ildən bəri ilk dəfə olaraq istehsalın azaldılması ilə razılaşdı və bu yolla neftin qiymətinin qalxmasına şərait yaratdı.

Həmin iclasda İran İslam Respublikası, sanksiyalardan öncəki istehsal həcminə çatanadək bu qərardan müstəsna edildi. 

OPEK-in tarixi razılaşmasına əsasən bu təşkilat 2017-ci il yanvar ayından başlayaraq gündəlik istehsalını 1 milyon 200 min barrel həcmində azaltdı. 

Teqlər