İran sahil futbolu üzrə dünya kubokunun qalibi oldu
https://azeri.sahartv.ir/news/İran-i263996-İran_sahil_futbolu_üzrə_dünya_kubokunun_qalibi_oldu
Sahil futbolu üzrə klublararası ilk dünya çempionatı İranın "Müqavimət Qolsapuş" komandasının çempionluğu ilə başa çatdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2017 07:22 Asia/Baku
  • İran sahil futbolu üzrə dünya kubokunun qalibi oldu
    İran sahil futbolu üzrə dünya kubokunun qalibi oldu

Sahil futbolu üzrə klublararası ilk dünya çempionatı İranın "Müqavimət Qolsapuş" komandasının çempionluğu ilə başa çatdı.

İRNA-nın məlumatına görə, dünən çərşənbə sahil futbolu üzrə klublararası ilk dünya çempionatının final matçında İranın "Müqavimət Qolsapuş" komandası Portuqaliyanın Sportinq komandasını məğlub edərək, çempion adını qazanıb. 

Sahil futbolu üzrə klublararası ilk dnüya çempionatı İranın "Müqavimət Qolsapuş", İspaniyaın "Levante", Portuqaliyanın "Sportinq" və Rusiyanın "Lokomotiv" komandalarının iştirakı ilə 3 gün müddətinə İranın Yəzd şəhərində keçirilib. 

Çempionatın sonunda Yəzdin "Müqavimət Qolsapuş" komandası 9 xal ilə çempionluq adını özünə aid edib. Moskvanın "Lokomotiv"i isə 3 xal ilə 2-ci olub. Lissabonun "Sportinq"i də 2 xal ilə 3-cü olub.