Mart 30, 2017 12:20 Asia/Baku
  • Ruhani: Yeni iş yerlərinin açılması hökumətin prioritetini təşkil edir
    Ruhani: Yeni iş yerlərinin açılması hökumətin prioritetini təşkil edir

İran İslam Respublikası prezidenti deyib: Cari günəş ilinin İslam inqilabının böyük rəhbəri tərəfindən müqavimət iqtisadiyyatı, istehsal və işlə təmin ili adlandırılmasını nəzərə alaraq yeni iş yerləri yaradan layihələrin istifadəyə verilməsi hökumətin proqramlarının prioritetini təşkil edir.

İRİB-in verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani bu gün Gilan ostanına səfərinin başlanğıcında bu səfərin məqsədlərini açıqlayarkən deyib: Bu səfərdə Gilan əhalisinə verilən vədlər araşdırılacaq. 

Ruhani Gilanda 17 abadlıq layihəsinin istifadəyə veriləcəyinə toxunaraq deyib: Bu layihələrin istifadəyə verilməsi ilə, 3 min 600 gənc işlə məşğul olacaq. 

İran prezidenti həmçinin Azərbaycan Respublikasının Rəşt-Astara dəmiryolu layihəsinin icrasındakı iştirakına toxunaraq deyib: Qəzvin-Rəşt və Rəşt-Astara kimi önəmli dəmiryolu layihələrinin icrası ilə Gilanda iqtisadi və mədəni sahələrdə müsbət dəyişikliklər baş verəcək. 

Teqlər