Ruhani: Xəzər dənizi İranın qonşularla əlaqələrinin inkişafında önəmli rola malikdir
-
Ruhani: Xəzər dənizi İranın qonşularla əlaqələrinin inkişafında önəmli rola malikdir
İran İslam Respublikası prezidenti deyib: Azərbaycan Respublikası, Türkmənistan, Qazaxıstan və Rusiya İranın yaxşı qonşularıdır və Xəzər dənizi vasitəsi ilə bu ölkələrlə əlaqələri genişləndirmək olar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Gilan ostanında bir neçə abadlıq layihəsinin istifadəyə verilməsi mərasimindən sonra Hindistandan Rusiyaya 20 milyon ton yükün daşınmasının əhəmiyyətini vurğulayaraq deyib: Bu həcmdə yükün bir hissəsi İran vasitəsi ilə daşınmalıdır və dəmir yolu vasitəsi ilə Bəndər Abbasın Moskvaya birləşdirilməsi ilə Hindistan, İran, Rusiya və digər ölkələr bundan mənafe götürəcəklər.
Ruhani Tramzit və əlaqə yollarının iş yerlərinin yaranması və iqtisadi inkişafda böyük əhəmiyyətə malik olduğunu bildirərək deyib: Rəşt-Astara dəmir yolunun inşa əməliyyatı yaxın gələcəkdə Azərbaycan Respublikasının iştirakı ilə başlanacaq.
Həsən Ruhani İranın Rusiyadan 6 min ədəd vaqon satın alması barədə imzalanmış müqaviləyə toxunaraq deyib: İstehsal edilmiş 1000 ədəd vaqon İrana təhvil veriləcək və qalan 5000 vaqon isə İranda istehsal ediləcək, bu isə ölkədə gənclərin işlə məşğul olmasına öz töhfəsini verəcək.
Ruhani İran yolunun Hindistan, Rusiya və İran eləcə də başqa ölkələr üçün böyük mənafeyə və iqtisadi cəhətdən üstünlüklərə malik olduğunu vurğulayaraq deyib: Gilan ostanı İranın Xəzərin şimal ölkələri ilə əlaqəsinin qovuşağıdır və iş yerləri baxımından yaxşı zəminlərə malikdir.
İran İslam Respublikasının prezidenti bu gün Gilana səfər edərək bu ostanda müxtəlif sahələri əhatə edən 17 layihənin istifadəyə verilməsi mərasimində iştirak edib.