İran 12 sərnişin təyyarəsinin satın alınması barədə Rusiya ilə razılığa gəlib
Rusiyanın energetika naziri İranın 100 ədəd Suxoy Supercet-100 tipli sərnişin təyyarəsini satın almağa maraq göstərdiyini və indiyədək bu tip təyyarələrdən 12-si barədə razılığın əldə olunduğunu bildirib.
Sputnik-in məlumatına görə, Aleksandr Novak əlavə edib ki, Suxoy Supercet-100 tipli sərnişin təyyarəsinin satışı haqda Moskva-Tehran danışıqları davam edir.
Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü bu müzakirələrin cərəyan etdiyini təsdiqləmişdi.
SSJ-100 Rusiyanın Suxoy şirkətində istehsal olunan iki motorlu bir təyyarədir. 98 nəfərlik sərnişin tutumuna malik olan bu təyyarə 2700 millik məsafəyə uçmaq qabiliyyətinə malikdir. Onun bazis qiyməti təqribən 36 milyon dollardır. Bu təyyarə özünün ilk uçuşunu 2008-ci ilin mayında həyata keçirib.