Apr 03, 2017 20:19 Asia/Baku
  • Qasimi: Kərkükdə qeyri-İraq bayrağının dalğalandırılması gərginlik yaradır

İran Xarici İşlər Nazirliyinin İraqın Kərkük vilayətində baş verən son hadisələrə toxunub: Tehran Kərkükdə İraq bayrağından başqa bayrağın dalğalandırılmasını bu ölkə konstitusiyasına zidd və gərginlik yaradan hərəkət hesab edir.

İran XİN-in Baş Media Diplomatiyası İdarəsinin məlumatına görə, İran XİN mətbuat katibi Bəhram Qasimi bu gün deyib: İranın prinsipial mövqeyi İraqın ərazi bütövlüyü və milli hakimiyyətinə dəstək, bütün tərəflərin konstitusiyaya sadiq qalması və bu ölkədəki ixtilafları danışıqlar və qanuni yollarla həll etməyi vurğulamaqdır. 

Bəhram Qasimi əlavə edib: Terrorizmlə mübarizə və İraqın qalan ərazilərinin təkfirçi və İŞİD terrorçularından təmizlənməsi İraq dövləti və xalqının ən əsas məsələsidir. İran da bu məsələni dəstəkləyir və bu sahədə öz dəstəklərini davam etdirəcək.

İran XİN sözçüsü xatırladıb: Kərkükdə bəzi iraqlı tərəflərin son hərəkətləri İraq dövləti və xalqını terrorçularla mübarizə istiqamətindən yayındırmaq, onların enerjisinin bir hissəsini bu məsələyə və daxili siyasi məsələlərə sərf etməkdir. Bu isə nigaranedici haldır.

Kərkük Valilik Şurası 28 mart 2017-ci ildə Kürdüstan məntəqəsində dövlət obyektlərində İraq bayrağı ilə yanaşı Kürdüstan məntəqəsi bayrağının sancılmasına qərar verib. Bu qərar isə İraq dövləti və Kərkük türkmənlərinin reaksiyasına səbəb olub.

Teqlər