Amuli Laricani: Bəzi ölkələrin qeyri-etik olayları İranda təkrarlanmayacaq
İranın Məhkəmə Hakimiyyətinin sədri deyib: İran İslam Respublikasında seçkilərin keçiriləcəyi günlərdə bəzi ölkələrin qeyri-etik düşüncələri təkrarlanmayacaq.
İRİB-in məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani bazar ertəsi günü məhkəmə hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin iclasında çıxış edib: Seçki namizədlərini qaralamaq böyük yanlışlıq və qeyri-etik hərəkətdir. İran İslam Respublikası ilə ABŞ kimi bəzi ölkələr arasında fərq vardır və ABŞ-da etika sərhədlərini tapdalamaq və namizədlərin fərqli davranışı müşahidə olundu. Lakin bu qeyri-düzgün və qeyri-etik davranışlar İran İslam Respublikasında baş verməyəcək. Çünki İranın seçki namizədlərinin meyarları islamdır.
İranın Məhkəmə Hakimiyyətinin sədri bütün namizədlər və onların tərəfdarlarını seçki etikasına riayət etməyə çağırıb: Hamının köməyi ilə sağlam, İran İslam Respublikasına layiq və xalqın səs çoxluğu ilə seçkilər reallaşmalıdır.
İranda 12-ci dövr prezident seçkiləri və 5-ci dövr Şəhər və Kənd İslam Şuraları seçkiləri 19 may 2017-ci ildə keçiriləcək.
İranda prezident seçkilərinin 12-ci dövrünə könüllülərin qeydiyyata alınması 11 apreldən beş gün müddətə başlanacaq.