İran Londonda iranlı gəncə hücum edənlərin cəzalandırılmasını istədi
İranın Londondakı baş konsulu irqçi davranışları tənqid edərək, Londonda iranlı bir gəncə hücum edənlərin kimliyinin müəyyən edilməsi və onların cəzalandırılmasını istəyib.
Ötən cümə günü axşam saatlarında Londonun Kervidən məhəlləsində 2 dostu ilə birlikdə dayanacaqda avtobus gözləməkdə olan Əhməd adlı iranlı gənc 30 nəfərlik irqçi bri qrupun hücumuna məruz qalıb.
Ağır şəkildə döyülən iranlı gənc aldığı yumruq və təpik zərbələrinin ağır olmasına görə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, bu iranlı gəncin kəllə sümüyü sınıb və beynində qan laxtalanması baş verib.
İranın Londondakı baş konsulu Səid Zinəti deyib: İran səfirliyi hadisəni araşdırmaqla məşğuldur və İngiltərə rəsmiləri bu iranlı gəncin tezi bir zamanda müalicə olunması və sağlamlığını bərpa etməsi üçün ciddi səylər göstərməlidirlər.
İnsan haqları təşkilatları da İngiltərədə irqçilik zəminində hücumların artmasından nigaranlıq edərək, İngiltərənin Avropa Birliyindən çıxmasının ardınca bu ölkədə irqçilik zəminində hücumların sayının 2016-cı ildə 20% artaraq 16 min hala çatdığını bildiriblər.