Ruhani: 63 ildən sonra İranın ixracatı, idxalatı ötüb keçdi
-
Ruhani: 63 ildən sonra İranın ixracatı, idxalatı ötüb keçdi
İran İslam Respubliksı prezidenti deyib: Ötən ilin statistikalarına əsasən İranın ixracatı , idxalatı ötüb keçib və bu müqavimət iqtisadiyyatının təzahürlərindən olaraq 63 ildən sonra ilk dəfə olaraq reallaşıb.
İran prezidenti Həsən Ruhani bu gün Simnan ostanında 18 abadlıq layihəsinin açılışı mərasimində etdiyi çıxışında deyib: Cari ildə " Müqavimət iqtisadiyyatı, istehsal və iş yerləri" şüarı ilə ölkədə 700 mindən çox iş yerinin yaradılması qarşıya məqsəd qoyulmalıdır.
Ruhani deyib: Ölkənin bütün ostanlarının inkişaf etdirilməsi üçün əlverişli təşəbbüslər həyata keçirilib və xalq, islami şura məclisi, məhkəmə hakimiyyəti və silahlı qüvvələr potensiallardan maksimum istifadə edilməsinə öz töhfələrini verməlidirlər.
İranın icra aparatının rəhbəri bu gün video konfrans vasistəsi ilə Semnan vilayətində 18 abadlıq layihəsini istifadəyə verib. Bu layihələr yol və şəhərsalma, iqtisadi və maliyyə, kənd təsərrüfatı, sənaye və xilas etmə sahələrini əhatə edir.