Apr 07, 2017 08:49 Asia/Baku
  • Ruhani: İrana hakim təhlükəsizlik və dinclik milli etimadın nailiyyətidir
    Ruhani: İrana hakim təhlükəsizlik və dinclik milli etimadın nailiyyətidir

İran İslam Respublikası prezidenti İranın təhlükəsizlik, dinclik və stabillik baxımından sözün əsil mənasında və gələcəyə ümid baxımından dünyanın nümunəvi ölkələrindən olduğunu bildirib: Şübhəsiz milli təhlükəsizliyi təmin etmək üçün xalq, silahlı və təhlükəsizlik qüvvələri fədakarlıq etmişdir.

Prezident Ruhani cümə axşamı günü Simnan vilayətində gənclər və ziyalılarla iclas təşkil edib. 

İrana hakim təhlükəsizliyi və dincliyi milli birlik, etimad və xalqın gələcəyə ümidi adlandıran İran İslam Respublikası prezidenti bildirib: İran xalqı səy, birlik sayəsində və İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri ilə problemlərdən asanlıqla keçə və İranın inkişafı və tərəqqisi üçün etibarlı yolu izləyə bilər. 

İran prezidenti həmçinin qarşıdakı iki seçkilərə də münasibət bildirib: Seçkilər İran İslam Respublikası quruluşunun möhkəmlənməsinin mənbəyidir. 

Seçkilərin özü və vətəndaşların səsvermədə iştirakını çox önəmli adlandıran prezidentin sözlərinə görə, İran bu ildə də 1392-ci günəş ili kimi başqa qəhrəmanlığın şahidi olacaqdır. 

Cümə axşamı günü səhər 19 abadlıq layihəsinin istifadəyə verilməsində iştirak etmək məqsədilə Simnan vilayətinə səfər edən İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün səhər bu vilayəti Tehran istiqamətində tərk edib. 

Teqlər