Apr 07, 2017 17:23 Asia/Baku
  • Ötən bir il ərzində 2,5 milyon qeyri-iranlı İmam Rzanın (ə) ziyarətgahını ziyarət edib
    Ötən bir il ərzində 2,5 milyon qeyri-iranlı İmam Rzanın (ə) ziyarətgahını ziyarət edib

İranın şimal-şərqində Məşhəd şəhərində Qüds Rəzəvi ziyarətgahının qeyri-iranlı zəvvarların məsələləri üzrə direktoru deyib: Ötən bir il ərzində 2,5 milyon qeyri-iranlı dünya şiələrinin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahını ziyarət edib.

Məşhəddə Qüds Rəzəvi ziyarətgahının qeyri-iranlı zəvvarların məsələləri üzrə direktoru Cavad Haşiminejad İRNA-ya müsahibəsində deyib: 2,5 milyon qeyri-iranlı zəvvardan 11 min nəfər Avropa, Asiya və Amerika ölkələrindən qeyri-müsəlman turist olmuşdur.

Haşiminejad əlavə edib: Ötən bir il ərzində Ərəbistan və Bəhreyn başçılarının bu ölkələrin vətəndaşlarının İrana gəlişinə yaratdığı maneyə görə, müsəlman qeyri-iranlı zəvvarlar arasında ərəb ölkələrindən zəvvarların sayı ötən illərlə müqayisədə azalmışdır.

Teqlər