İranlı nazir Qız Qalası hidroqovşağının açılışını mühüm addım kimi xarakterizə edib
Əliəkbər Mehrabiyan: Qız Qalası bəndi İran və Azərbaycan xalqları arasında dostluq rəmzidir
May 19, 2024 13:32 Asia/Baku
İranın energetika naziri Qız Qalası bəndini İran və Azərbaycan xalqları arasında dostluq rəmzi olaraq xarakterizə edib.
Əliəkbər Mehrabiyan İranın dövlət televiziyasının 1-ci kanalına müsahibəsində bildirib ki, əvvəlki illərdə İran və Azərbaycan arasında birgə istismar üçün Araz və Xudafərin bəndləri tikilib istifadəyə verilib, indi isə Qız Qalası bəndi inşa olunub.
Tacının uzunluğu 834 metr olan bu bəndin qazıntı işləri 6 milyon kubmetrdən çox torpaq, bəndbərkitmə əməliyyatı 2,1 milyon kubmetrdən çox torpaq, bəndin beton işləri isə təxminən yarım milyon kubmetr beton təşkil edir.