Apr 08, 2017 20:55 Asia/Baku
  • İnqilab Rəhbəri: Şəhid Seyid Muhəmməd Baqir Sədr nadir bir şəxsiyyət idi
    İnqilab Rəhbəri: Şəhid Seyid Muhəmməd Baqir Sədr nadir bir şəxsiyyət idi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei 2016-cı il avqustun 15-də keçirilmiş və mətni bu gün yayılan şiə mütəfəkkir və fəqih "Şəhid Seyid Muhəmməd Baqir Sədr" ixtisaslaşdırılmış araşdırma mərkəzinin üzvlərilə görüşdə onu istedadlı və nadir bir şəxsiyyət adlandırıblar.

1980-ci il aprelin səkkizində İraqın bəəs rejimi Ayətullah Seyid Muhəmməd Baqir Sədri və onun bacısını böyük işgəncələrdən sonra şəhid etdi.

Həzrət Ayətullahuluzma Xamenei həmin görüşdə bildiriblər ki, dini elmlər hövzələrində bir çox istedadlı insanlar mövcuddur, amma Şəhid Şədr həqiqətən də bir istedad idi. O həzrət deyiblər: Şəhid Sədrin öhdəsindən gələ bildiyi işi dini elmlər hövzələrindəki bir çox fəqih, din alimi və mütəfəkkir edə bilmirdi. Zira o, çox geniş bir baxış atmosferinə malik idi, İslam Dünyasının ehtiyaclarını dərk edirdi, tələblərə sürətlə cavab verməyə hazır idi.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Şəhid Sədr İraqın Nəcəf şəhərində adi şəkildə İmam Xomeyni(r.ə)-in beyti və təşkilatı ilə çox zəif bir əlaqəyə malik idi, amma İnqilab olan və İmam İrana gələn kimi Şəhid Sədr öz şagirdlərinə dedi: İmam Xomeynidə əriyin, necə ki, o, İslamda əriyibdir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İnsanın İnqilab məsələsinin nə olduğunu başa düşməsi üçün çox məlumatlı olması gərəkdir, zira İslam İnqilabından qırx ilə yaxın bir zamanın keçdiyi bu günün özündə belə elə kəslər vardır ki, hələ bu inqilabın nə olduğunu; nəyin olduğunu və nəyin baş verdiyini düzgün başa düşməyiblər.

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, bir ictimai quruluş və hökumətin nəzəriyyəsiz qalması mümkün deyil. O həzrət qeyd ediblər ki, Şəhid Sədr görkəmli və nəzəriyyəçi bir insan idi.

Teqlər