Apr 09, 2017 20:59 Asia/Baku
  • Ruhani və Putin Suriyaya dəstəyin davam etdirilməsini vurğulayıblar
    Ruhani və Putin Suriyaya dəstəyin davam etdirilməsini vurğulayıblar

İran və Rusiya prezidentləri bir telefon danışığında ABŞ-ın Suriyaya qarşı raket hücumunu beynəlxalq hüquq normalarına və BMT nizamnaməsinə zidd sayıblar. Onlar Suriya xalqına dəstəyin davam etdirilməsi vacibliyini vurğulayaraq, bu hücumun yalnız terrorçulara kömək olduğunu bildiriblər.

Həsən Ruhani bu gün Vladimir Putinlə telefon söhbətində ABŞ-ın müstəqil bir ölkənin suverenliyinin pozulması kimi Suriyaya qarşı raket hücumunu pisləyərək, bu birtərəfli hərəkətin BMT-nin Təhlükəsizlik Şurasında araşdırılması zərurətini vurğulayıblar.

Rusiya prezidenti Vladimir Putin də bu telefon söhbətində ABŞ-ın Suriyaya qarşı raket hücumunu bir təcavüzkar hərəkət kimi pisləyib və belə deyib: Bu hərəkət qəbuledilməz olaraq, terrorçulara dəstək üzrə bir səy olubdur.

Teqlər