Apr 10, 2017 13:27 Asia/Baku
  • Ruhani: ABŞ-ın Suriyaya hücumu terrorçuların məğlubiyyətinin əvəzini çıxmaq üçün idi
    Ruhani: ABŞ-ın Suriyaya hücumu terrorçuların məğlubiyyətinin əvəzini çıxmaq üçün idi

İran İslam Respublikası prezidenti ABŞ-ın Suriyaya raket hücumunu qınayıb: Bu hücum Suriyada terrorçuların məğlubiyyətinin əvəzini çıxmaq üçün idi və onları bu ölkədə öz cinayətlərini davam etdirmək üçün təşviq etdi.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü yerli və xarici jurnalistlərlə mətbuat konfransı keçirib.

ABŞ-ın Suriyaya raket hücumunun beynəlxalq hüquqla uzlaşmadığını deyən prezident Ruhani əlavə edib: Dünyanın müxtəlif bölgələrində son terror aktları terrorizmin heç bir ölkə, hətta onların hamilərinin də xeyrinə olmayacağını göstərdi.

"Əgər Suriyada kimyəvi silahların istifadə olunması məsələsinin araşdırılması üçün tərəfsiz ölkələrin iştirakı ilə beynəlxalq faktaraşdırıcı komitə təşkil olunarsa və onun nəticəsi terrorçuların kimyəvi silahdan istifadə etmələri olarsa, ABŞ beynəlxalq ictimaiyyətə hansı cavabı verəcək?" -deyə Ruhani əlavə edib.

İran İslam Respublikası prezidenti həmçinin Suriyanın gələcəyi haqda xatırladıb: Suriya böhranının siyasi həll yolu vardır və bu ölkənin taleyini Suriya xalqı təyin edir.

Suriya böhranının həlli üçün iclasların keçirilməsinə toxunan İran prezidenti bu ölkədə davamlı sülhün bərqərar olacağına ümid edib.

İranın kimyəvi silahın əsas qurbanlarından olduğuna diqqət çəkən Həsən Ruhaninin sözlərinə görə, İslam Respublikası hər bir qrup və hər bir şəxs tərəfindən kimyəvi silahdan istifadəni pisləyir və kimyəvi silahlardan istifadənin olunmaması qənaətindədir.

Teqlər