İran turistlər üçün ən ucuz və cazibədar ölkədir
https://azeri.sahartv.ir/news/İran-i265874-İran_turistlər_üçün_ən_ucuz_və_cazibədar_ölkədir
Ümumdünya İqtisad Assambleyası (ÜİA)mal və xidmət baxımından İranın turistlər üçün ən cazibəli ölkə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 16, 2017 09:29 Asia/Baku
  • İran turistlər üçün ən ucuz və cazibədar ölkədir
    İran turistlər üçün ən ucuz və cazibədar ölkədir

Ümumdünya İqtisad Assambleyası (ÜİA)mal və xidmət baxımından İranın turistlər üçün ən cazibəli ölkə olduğunu bildirib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, ÜİA "Turizmdə rəqabət qabiliyyətləri 2017" başlıqlı hesabatda dünyanın 136 turizm ölkəsinin qiymət baxımından rəqabət gücünü araşdırıb və bu araşdırmanın nəticəsinə görə İran 6.66 faiz bal toplayaraq birinci yeri tutub. 

Turizmdə qiymət baxımından rəqabət göstəricisi hər hansı ölkədə turistlərə lazım olan mal və xidmətlərin qiyməti əsasında hazılanır və sıfırdan ona qədər bal ilə göstərilir. 

İrandan sonra Misir və Malayziya ikinci və üçüncü yerləri tutublar. 

İnkişaf etmiş ölkələr də bu siyahının axırlarında qərar tutublar, İsveç 2.81 faizlik balla sonuncu yerdədir.