Apr 25, 2017 16:00 Asia/Baku
  • İnqilab Rəhbəri bayram münasibəti ilə dövlət rəsmilərini və müsəlman səfirləri qəbul ediblər
    İnqilab Rəhbəri bayram münasibəti ilə dövlət rəsmilərini və müsəlman səfirləri qəbul ediblər

İslam İnqilabının Böyük Rəhbəri bu gün Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustəfa(s.ə.s)-in məbəsinin ildönümü günü münasibətilə İranın bir qrup rəsmisi və islami ölkələrin səfirləri ilə görüşdə vurğulayıblar: Amerika və sionistlər İran İslam Respublikası ilə müxalifət edirlər, çünki İslam, İranda daha barizdir və onların tamahkarlıqlarının qarşısını alır.

Həzrət Ayətullahuluzma Xameneinin Əsələrinin Qorunması və Nəşri Ofisinin məlumatına görə, İslam İnqilabının Böyük Rəhbəri zalım qüvvələrin İslam ilə düşmənçiliklərinin səbəbini dərk etməyi islami ölkələrin başçılarının vəzifəsi adlandıraraq, deyiblər: İslam dövlətləri başa düşməlidirlər ki, Amerikanın İslam ölkələrindən biri ilə yanaşı, digəri ilə isə düşmən olmaqda məqsədi, İslam Dünyasının vəhdətinin qarşısını almaq və müsəlmanların, islami cəmiyyətlərin mənafeləri barədə müştərək dərklərinin yolunda maneçilik törətməkdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Qarətçilər bəzi region ölkələrilə əlbirdirlər və bu işi davam etdirmək üçün İran İslam Respublikasını və ya şiəliyi onların düşməni kimi göstərməyə çalışırlar, amma hamı bu cəhəti dərk etməlidir ki, zorakılar qarşısında birlik və müqavimət İslam Dünyasının tərəqqi yoludur.

O həzrət Amerikanın bütün keçmiş və hazırkı başçılarının İran xalqı ilə müştərək və təhdidedici siyasətlərini həmin ölkənin bütün siyasi cərəyanlarının məsul şəxslərinin xəbiscəsinə niyyətlərinin nişanəsi adlandırıb və belə əlavə ediblər: Amerikalılar bütün zamanlarda İrana zərbə vurmaq üçün əllərindən gələni etdilər, amma hamı bilməlidir ki, İran xalqına qarşı cəsarət edəcək hər bir kəsin bu hərəkəti şübhəsiz, onun öz zərərinə qurtaracaqdır.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranda prezident seçkilərinə namizədlərə xitab edərək, onlardan bunları istəyiblər: Xalqa söz versinlər ki, ölkə işlərinin irəliləməsi, iqtisadi inkişaf və düyünlərin açılması üçün baxışları İran sərhədlərindən kənara yönəlməyəcək.

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından öncə İran İslam Respublikasınının prezidenti Həsən Ruhani dini demokratiyanı İslam Peyğəmbəri(s.ə.s)-in besətinin hədiyyələrindən biri adlandırıb və belə deyib: İslam Dünyası zorakılıq, terror, təkfirçilik, səbatsızlıq və əmin-amansızlığa düçar olub və bu gün İslam Peyğəmbəri(s.ə.s)-in besətindən dərs alaraq, region və İslam ölkələri problemlər, əmin-amansızlıqlar və səbatsızlıqlardan nicat tapmalıdırlar.

 

Teqlər