May 02, 2017 19:58 Asia/Baku
  • İran xalqı namizədlərin debatları ilə maraqlanır
    İran xalqı namizədlərin debatları ilə maraqlanır

İran xalqı yaxşı siyasi anlayışa malikdir və öz hüquqlarını yaxşı bilir. İran xalqı verdiyi səsin nə dərəcədə əhəmiyyət daşıdığını və ölkə və xalqın taleyini müəyyənləşdirdiyini yaxşı bilir. İran xalqı son qərar üçün tam diqqətlə namizədlərin çıxışlarını, onların proqramlarını və iddialarını araşdırır.

1- Xanım: Biz əslində öz taleyimizi, sonrakı nəslin taleyini müəyyənləşdiririk. 

2- Kişi: Doğru yolu ayırd etmək üçün düzgün məktəbi seçmək lazımdır sonra həmin məktəbə daha çox bağlı olanları seçməliyik. 

3-kişi: Həqiqi inqilabçını, xalqın dərdini biləni, xalqı düşünəni heç şübhəsiz ki, debatlarda ayırd etmək olar. Xalq debatları izləyir və kimin doğru söylədiyini bilir. 

4-Xanım: Mənə elə gəlir ki, debatlar daha faydalıdır ona görə ki, xalq bu vasitə ilə namizədlərin xüsusiyyətləri və rəftarı ilə tanış olur və onların arasında gedən söhbətlərdən nəticə çıxara bilir. 

5-Kişi: Hələlik fikir bildirə bilmərəm ona görə ki, hələ debatda bəzi mövzular qalıb. Onları da müzakirə etsinlər sonra qənaətə gələk. 

6- xanım: Mən debat tərzini bəyənirəm çünki namizədlərin həqiqi çəkisini aşkar edir və həqiqi mənada cəmiyyətdə baş verənlər barədə bizi məlumatlandırır. 

Son: İran İslam Respublikası konstitusiyasının 113-cü maddəsinə görə , İranda siyasi sistemdə prezident rəhbərdən sonra ən yüksək səviyyəli ölkə rəsmisi hesab olunur və 4 illik müddət üçün xalqın bir başa səsi ilə seçilir. Prezidentin ikinci dəfə dalbadal seçilməsi də maneəsizdir.  

Teqlər