Xoşru: Ərəbistan vəliəhdi canişininin açıqlaması İrana qarşı təhdiddir
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Səudiyyə Ərəbistanının müdafiə naziri və vəliəhdin canişininin açıqlamasını İran əleyhinə açıq-aşkar təhdid və səudiyyə rejiminin İran daxilində terror və radikal aktlarla əməkdaşlığına etiraf etmək adlandırıb.
İRNA-nın məlumatına görə, Qulaməli Xoşru cümə axşamı günü BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı etiraz məktubunda Məhəmməd Bin Salmanın açıqlamasını (Məhəmməd Bin Salman: Ərəbistanın məqsədi müharibəni İran sərhədləri daxilinə sürükləməkdir) İran İslam Respublikasına qarşı açıq-aşkar təhdid və BMT nizamnaməsinin 2-ci maddəsinin 4 bəndinin pozulması adlandırıb.
Xoşru bildirib: Səudiyyə Ərəbistanı müdafiə nazirinin düşmənçilik xarakterli açıqlaması İran əleyhinə təhdiddir, üstəlik səudiyyə rejiminin İran daxilində terror və radikal aktları ilə birbaşa əlbir olması mənasındadır. 9 iranlı sərhədçinin səudiyyənin maliyyə dəstəyi ilə yaraqlı şər qüvvələr tərəfindən şəhid edilməsi bunun son nümunəsi hesab olunur.
İranın BMT-dəki daimi nümayəndəsi bildirib: Bu təhdid təcavüzkarlığa dəstək və bölgədə və bölgədən kənarda öz təhlükəli ekspansiyası və dardüşüncəli məqsədlərini əldə etmək üçün terror qruplarından istifadə etməyə çalışan reuim tərəfindən irəli sürülür.
Region və dünyanın ötən dörd dekada ərzində Məhəmməd Bin Salmanın da son açıqlamasında açıq-aşkar müşahidə olunan səudiyyəlilərin İranla bağlı yersiz vəsvəsələrinə görə, çoxlu xəsarətlər gördüyünü bəyan edən Xoşru xatırladıb: Səudiyyəlilərin məsuliyyətsiz və təhrikedici siyasətləri, dünyada radikalları maliyyə cəhətindən dəstəkləməsi və təşviq etməsi və bölgədə uğursuz və dardüşüncəli macəraları izləməsi həmin strategiyadan mənşə alır.
İranın BMT-dəki daimi nümayəndəsi əlavə edib: Hamıya, o cümlədən Səudiyyə Ərəbistanı rəsmilərinə bu reallığı xatırlatmaq lazımdır ki, bu yersiz vəsvəsələr 1980-1988-ci illərdə İraqın edam olunmuş diktatoru Səddam Hüseynin İrana təcavüzü dövründə səudiyyə krallığının ona əvəzsiz dəstəyi ilə nəticələndi.
Xoşru əlavə edib: 1990-cı illərdə əl-Qaidə və Talibanın yaradılması, 2003-cü ildə İraqda de-stabillik və terrorun dəstəklənməsi, ötən illərdə İraq və Suriyada İŞİD, Ən-Nüsrə Cəbhəsi və digər qrupların təşkili və maliyyə və silah cəhətindən dəstəklənməsi Ərəbistanın həmin yanlış vəsvəsələrini təcəssüm etdirir. Bu da bütün dünyada çoxlu əzab-əziyyət və de-stabilliklə nəticələnmişdir.
Xoşru bildirib: İran İslam Respublikası Ərəbistanın əksinə olaraq inanır ki, sülh və stabillik Fars körfəzində bütün dövlətlərin müştərək mənfəətidir və heç bir ölkə başqaların təhlükəsizliyini təhlükəyə atmaq hesabına öz təhlükəsizliyini əldə edə bilməz.