Prezidentliyə namizədlər 2-ci debatda
12-ci İran prezidentliyinə namizədlərin ikinci tele-debatı bu gün 6 namizədin iştirakı ilə və mədəniyyət və siyasət məsələləri mehvəri ilə İran İslam Respublikası Radio və Televiziya Təşkilatının 1-ci telekanalında keçirilib.
12-ci İran prezidentliyinə 6 namizəd, Həsən Ruhani, İbrahim Rəisi Sadat, Mustafa Ağa Mirsəlim, Məhəmməd Baqir Qalibaf, Mustafa Haşimitəba və İshaq Cahangiri siyasət-mədəniyyət mövzuları barəsində öz fikir və proqramlarını bəyan ediblər.
12-ci İran prezidentliyinə namizədlər bu tele-debatda müdafiə qüdrəti, milli təhlükəsizlik, İslami İran mədəniyyəti, xarici siyasət prioritetləri, elmi və mədəni inkişaf, təhsil keyfiyyətinin yüksəldilməsi, nüvə məsələsi və sanksiyalar haqda öz fikir və rəylərini açıqlayıblar.
12-ci prezidentliyə namizədlərin ilk tele-debatı ötən həftə cümə günü 28 apreldə ictimaiyyət mövzusu ilə İran İslam Respublikası Radio və Televiziya Təşkilatında keçirildi.
12-ci prezident seçkiləri üzrə İranın Seçki Təbliğatı Komissiyasının bildirdiyinə əsasən, prezidentliyə 6 namizədin üçüncü tele-debatı gələn həftə cümə günü 12 may 2017-ci ildə iqtisadiyyat mövzusudna keçiriləcək.
İranda 12-ci prezident seçkiləri 19 mayda keçiriləcək.