İranın Pakistanda terrorçuların yuvasını dağıtmaq haqqı var
https://azeri.sahartv.ir/news/İran-i268664-İranın_pakistanda_terrorçuların_yuvasını_dağıtmaq_haqqı_var
İran İslam Respublikası ordusu baş komandan əvəzi general-mayor Əhmədrza Purdəstan bildirib: Pakistan hökuməti terrorçular əleyhinə addım atmadığı halda bu ölkə ərazisində terrorçuların yuvasını məhv etmək İranın haqqıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2017 04:00 Asia/Baku
  • İranın Pakistanda terrorçuların yuvasını dağıtmaq haqqı var

İran İslam Respublikası ordusu baş komandan əvəzi general-mayor Əhmədrza Purdəstan bildirib: Pakistan hökuməti terrorçular əleyhinə addım atmadığı halda bu ölkə ərazisində terrorçuların yuvasını məhv etmək İranın haqqıdır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, general-mayor Əhmədrza Purdəstan bildirib: Mircavə sərhədində terror qruplaşmasının sərhəd protokollarına əsasən qonşu ölkə tərəfindən sərhədə nəzarətdən arxayın olan sərhədçilərə qəfil hücumunun heç bir əməliyyat dəyəri yoxdur və uğur hesab olunmur. Üstəlik Paksitanın zəifliyini əks etdirir. 

İran ordusu baş komandan əvəzi deyib: İran İslam Respublikası silahlı qüvvələri belə hərəkətləri pisləyərək Pakistan hökumətinin şər qüvvələr və terrorçularla qətiyyətlə mübarizəsi olmadığı halda, qonşu ölkə ərazisində terrorçuların məhv edilməsini öz təbii və qanuni haqqı hesab edir və İranın təhlükəsizliyi haqda heç kimlə zarafatı yoxdur. 

26 apreldə Ceyşül-Ədl terror qruplaşmasının ünsürləri İranın Sistan və Bəluçestan vilayətinin Mircavə məntəqəsində iranlı sərhədçilərdən 9 nəfəri şəhid edib və bir yaralıl sərhədçini Pakistan ərazisinə aparıblar.