May 17, 2017 14:29 Asia/Baku
  • İnqilab Rəhbəri: Seçkilər İran xalqının iştirakı üzrə ən mühüm simvoldur

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, İran xalqının müxtəlif sahələrdəki iştirakı milli təhlükəsizliyin təyinedicisidir və bu iştirakın ən mühüm simvolu, seçkilərdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İranda prezident, eləcə də şəhər və kənd şura seçkilərinin keçirilməsi ərəfəsində İran xalqının müxtəlif təbəqələrindən bir qrupu ilə görüşdə vurğulayıblar: İran İslam Respublikası müəyyən dövrlər və illərdə seçkiləri təzələməklə doğrudan da yeni təravət əldə etmiş olur; özünü dünya xalqlarının ürəkləri və gözlərində yeni və qabarıq formada əks etdirir və göstərir ki, seçkilər günü İran İslam Respublikası quruluşu üçün bir şənlik günüdür.

İslam İnqilabının Böyük Rəhbəri region ölkələrində mövcud olan əmin-amansızlıqlara işarə edərək, əlavə ediblər: Bu təhlükəli bir məcmuda İran İslam Respublikası təhlükəsizlik və asayişlə seçkilərə hazırlıq görməkdədir.

Həzrət Ayətullahuluzma Xamenei İranın hazırkı asayişi və təhlükəsizliyini dəyərli adlandıraraq, belə qeyd ediblər: 80 milyon nəfərlik bir ölkədə seçkilər cərəyan edir, xalq böyük ruh yüksəkliyi ilə özünü seçkilərə hazırlayır, amma hər yerdə asayiş bərqərardır. Bunun qədrini bilmək lazımdır.

İranda 12-ci prezident seçkiləri şəhər və kənd islam şuralarına 5-ci seçkilərlə bir zamanda mayın 19-da keçiriləcək.

Teqlər