May 18, 2017 19:16 Asia/Baku
  • İran prezident seçkiləri 102 ölkədə və 310 şöbədə keçiriləcək

Ölkə xaricində İranın 12-ci prezident seçkilərinə nəzarət heyətinin sədri deyib ki, 12-ci prezident seçkiləri 102 ölkədə və 310 şöbədə keçiriləcək.

Həsən Qəşqavi bu gün deyib: Amerikada 55, Birləşmiş Ərəb Əmirliklərində 21, İraqda 22 və İngiltərədə 12 şöbə ölkə xaricindəki həmvətənlərimizin səslərini alacaqdır. O, əlavə edib: Kanadada seçkilərin keçirilməsi üzrə məşvərətlərin nəticə verməməsinə görə, qərara alındı ki, Kanada-Amerika sərhədində bir neçə səs qutusu Kanadada yaşayan həmvətənlərimizin səslərini toplasın. 

İran xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini ölkə xaricindəki iranlıların İran prezident seçkilərini rəğbətlə qarşılamalarına işarə edərək, deyib: Seçkilərin keçirilməsi və ona nəzarət üzrə lazımi tədbirlər görülüb və səs vərəqələri də şöbələrə göndərilibdir. Qəşqavi sonra belə deyib: Hər bir ölkədə cümə günü səhər saat səkkizdən saat 18-dək səslər toplanacaq və İranın xarici ölkələrdəki səfirlik və nümayəndəlikləri lazım olan təqdirdə, səslərin toplanması zamanını uzada bilərlər.

İranda 12-ci prezident seçkiləri 5-ci şəhər və kənd şura seçkiləri ilə bir vaxtda sabah keçiriləcək.

Teqlər