Ölkədən xaricə yaşayan iranlılar səsvermədə iştirak edir
-
جمهوری آذربایجان،
İranda prezident seçkilərinin başlanması ilə müxtəlf ölkələrdə yaşayan iranlılar da səsvermə məntəqələrinə gedərək səsvermədə iştirak edirlər.
Azərbaycan, Rusiya, Küveyt, Livan, Şrilanka, Pakistan, Ermənistan, Gürcüstan, Banqladeş, Hindistan, Özbəkistan, Tacikistan, Türkmənistan, Avstraliya, Qırğızıstan, Qazaxıstan, Çin, Yaponiya, Malayziya, İndoneziya, Vyetnam, Filippin, Sinqapur, Tailand, Brunei, Yeni Zelandiya və Əfqanıstanda yaşayan iranlılar cümə günü İran İslam Respublikası prezident seçkilərində iştirak etmək üçün səsvermə məntəqələrinə gediblər.ı
Ölkədən xaricdə 12-ci İran prezident seçkilərinə nəzarət heyətinin rəhbəri Həsən Qəşqavi bildirib: Prezident seçkiləri 102 ölkədə 310 səsvermə məntəqəsində keçirilir.
Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Mustafa Ağa Mirsəlim və Mustafa Haşimitəba 12-ci İran prezidentliyinə 4 namizəddir.