May 19, 2017 14:57 Asia/Baku
  • İran vətəndaşlarının seçkidə iştirak müraciəti çox önəmlidir
    İran vətəndaşlarının seçkidə iştirak müraciəti çox önəmlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü xalqa söykənmədən region və dünyada təhlükəsizliyin şahidi olmağın mümkün olmadığını deyib: İran xalqının seçkilərdəki iştirak müraciəti çox önəmlidir.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi cümə günü 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak etdikdən sonra jurnalistlərə verdiyi müsahibədə deyib: Regionun xüsusi vəziyyəti və dünyada mövcud iğtişaşı nəzərə alaraq, İran vətəndaşları ayıq-sayıqlıqla və başqalarından təsir almadan ölkənin təhlükəsizliyi, stabilliyi və inkişafını qorumaq üçün səsvermədə iştirak etdiklərini əks etdirirlər.

Qasimi əlavə edib: İran vətəndaşları elan olunmamış müharibə və ondan sonrakı dövlər kimi, müxtəlif dövrlərdə seçkilərlə ölkənin müstəqilliyini qorumuşlar.

Teqlər