İslam İnqilabının Böyük Rəhbəri məhbuslara yardım ediblər
İslam İnqilabının Böyük Rəhbəri qəsdən cinayət törətməmiş məhbusların azad edilməsi üçün İranın qanbahası qərargahına 313 milyon tümən(85 milyon dollar) maliyyə yardımı ediblər.
İRNA-nın verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei dünən qəsdən cinayət törətməmiş məhbusların azadlığına yardım üçün ölkənin qanbahası qərargahının 30-cu Qolrizan şənliklərinə (məhbusların azadlığı üçün maliyyə yardım kampaniyasına ) maliyyə yardım edərək qanbahası verməli olan 7500 məhbusun azad edilməsinə şərait yaradıblar.
İran İslam Respublikası prezidenti Həsən Ruhani 272 milyon tümən(72 min dollar), parlament sədri Əli Laricani və məhkəmə hakimiyyətinin sədri Sadiq Laricaninin hər biri 50 milyon tümən(13 min dollar) məbləğində 30-cu qolruzan şənliklərinə yardım ediblər.
İranın qanbahası qərargahının qəsdən cinayət törətməmiş məhbusların azadlığı üçün xalq dəstəyinin təmin edilməsi məqsədi ilə keçirilən 30-cü Qolrizan şənliyi sabah Tehranda keçiriləcək.
Məlumata görə, mübarək Ramazan ayı münasibəti ilə bu ayın sonunadək günorta və ikindi namazları cümə günləri istisna olmaqla hər gün İmam Xomeyni(r.ə) hüseynisyəsində İslam İnqilabının Böyük Rəhbərinin imaməti ilə qılınmaqdadır.