İyun 04, 2017 20:31 Asia/Baku
  • İnqilab Rəhbəri: İslam İnqilabı İmam Xomeyninin (rə) ən böyük hünəri idi
    İnqilab Rəhbəri: İslam İnqilabı İmam Xomeyninin (rə) ən böyük hünəri idi

İslam İnqilabının Böyük Rəhbəri buyurublar: Region ölkələrində düşmən əlllər əvəzedici müharibələr yaradıb.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar günü İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatının 28-ci ildönümü ilə əlaqədar o həzrətin pak məqbərəsində keçirilən mərasimdə deyiblər: Ərəbistanın Bəhreyndəki iştirakı məntiqsizdir. Nə üçün əcnəbi bir ölkə bu ölkəyə hərbi qüvvə daxil etməlidir və öz iradəsini qəbul etdirməlidir ki, nəticəsi də qaraüzlülüyə səbəb olmuşdur. 

Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Ərəbistan hətta bir neçə milyard rüşvətlə ABŞ-ı öz ilə eyni istiqamətə çəkmək istəyir. Halbuki bir nəticəyə varmayacaq və Yəmən xalqı qarşısında qalib gəlməyəcək. 

İnqilab Rəhbəri region ölkələrində əvəzedici müharibələr yaratmaqla bağlı düşmənlərin məkrli planlarına toxuanraq xatırladıblar: Bu gün İŞİD terror qruplaşması doğulduğu məkan yəni Suriya və İraqdan qovulur və Əfqanıstan, Pakistan, hətta Filippin və Avropa ölkələri kimi ölkələrə doğru gedir. Bu odu özləri alovlandırıblar və özlərini əhatə etmişdir. 

İslam İnqilabının Böyük Rəhbəri bəyanatının davamında İran İslam Respublikasının banisi İmam Xomeyninin adının inqilabın adı ilə düyünləndiyini bildirib və xatırladıblar: Bu ikisi bir-birindən ayrılmazdır və İslam İnqilabın İmam Xomeyninin (rə) ən böyük hünəri idi. 

Həzrət Ayətullahülüzma Xamenei həmçinin İranda son prezident seçkilərinin möhtəşəm keçirilməsinə toxunaraq deyiblər: Baxın düşmənin alçaqlığı nə qədərdir. ABŞ prezidenti bir tayfa formalı rejimdə qılıncla rəqs edir və 40 milyonluq iranlının səsinə nöqsan tutur.

Teqlər