İran parlamentində silahlı insident - yenilənib
Bu gün səhər İran parlamenti binasına müraciət edən şəxs adı altında 3 və ya 4 silahlı şəxs daxil olub və mühafizəçilər arasında qarşıdurma yaranıb.
Xəbər televiziyasının məlumatına görə, ardınca terrorçular atəş açmağa başlayıblar və ölən və yaralanan olub. Son əldə olunan məlumatlara görə, azı üç nəfər şəhid olub, 8 nəfər də yaralanıb.
Bir az öncə atəş açmaqla parlamentdən çıxmaq istəyən terrorçu ətrafın mühasirəyə alındığına görə, yenidən binaya qayıtmağa məcbur olub. Hazırda terrorçular parlament binasının içində və həyətində atəş açırlar.
İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli Tehran Vilayəti Təminat Şurasının fövqəladə iclas keçirdiyini bildirib.
Rəhmani Fəzli əlavə edib: Hələlik heç nə deyə bilmərəm. Təminat Şurasının iclası təşkil olunmalıdır.
Parlamentin Rəyasət Heyətinin üzvü Rəncbərzadə Xəbər televiziyasının müxbirinə müsahibədə yaraqlıların 4 nəfər olduğunu bildirib.
Rəncbərzadənin sözlərinə görə, bu insidentdə heç bir parlament deputatının xəsarət almadığını deyib.
Terrorçuların canlı ələ keçirilməsi üçün təhlükəsizlik qüvvələri və mühafizəçilərin səyləri davam edir.