İran; terrorizm ilə mübarizədə ən güclü ölkə
İyun 08, 2017 20:47 Asia/Baku
-
İran; terrorizm ilə mübarizədə ən güclü ölkə
Livanlı siyasətçi İranı terrorizm ilə mübarizədə ən güclü dövlət adlandırdı.
Livan parlamentinin sabiq üzvü və Həmrəylik Partiyasının sədri Emil Rəhmə İRNA ilə müsahibədə son Tehran olayları barədə deyib: Livan İranın kənarındadır və heç şübhəsiz İran xalqı və ordusu xüsusi ilə də Sepah düşmənin fitnələrini zərərsizləşdirməyə qadirdir.
Çərşənbə günü səhər Tehranda İmam Xomeyni(rə)-in məqbərəsi və İslam Şurası Məclisinin inzibati binası İŞİD terrorçularının hücumuna məruz qalmışdı. Bu hadisədə 17 nəfər şəhid olmuş, 43 nəfər isə yaralanmışdı.