İnqilab Rəhbəri: Tehran terror hücumları İran xalqının əzmkarlığına xələl gətirməyəcək
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei son Tehran terror hücumlarının ardınca başsağlığı müraciəti yayaraq vurğulayıblar ki, bu cinayət İran xalqının əzmkarlığına xələl gətirməyəcək.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəsmi internet səhifəsində verilən məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə belə qeyd ediblər: Çərşənbə günü Həzrət İmam Xomeyni(r.ə)-in hərəmində və İran İslam Şurası Məclisində həyata keçirilmiş terror əməliyyatı zalım qüvvələrin muzdurlarının İranın şərəfli xalqı, İslam İnqilabı, islami quruluş və mərhum dahi rəhbərlə əlaqədar hər bir məsələ ilə olan xəbiscəsinə düşmənçilikləri və küdurətlərindən aşkar bir nişanədir.
İslam İnqilabının Böyük Rəhbəri bu müraciətdə vurğulayıblar: Bu hərəkətləri yerinə yetirənlər, bu barədə əmr verənlər və onun səbəbkarlarının xəbisliyi və eyni zamanda alçaqlıqlarından xəbər verən bu kimi cinayətlər İran xalqının əzmkarlığına xələl gətirə biləcək həddə deyillər.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bu cinayətlərin Amerika dövləti və onun Ali-Səud rejimi kimi regiondakı amilləri olan dövlətlərə qarşı nifrətin artmasından başqa bir nəticəsi olmyacaq və İran xalqı sıx və əzmkar şəkildə irəliləyəcəkdir.
Həzrət Ayətullahuluzma Xamenei bu müraciətin sonunda həmin terror hadisələrində şəhid olanların xatirələrini anaraq, Allah-Taaladan hadisədə yaralananlar və zərər çəkənlərin sağalmalarını diləyiblər.