Laricani: Amerika İrana qarşı yeni sanksiyalarla regional İŞİD-in kənarında durur
İran İslam Şurası Məclisinin sədri Tehranda törədilmiş son terror hücumlarını terrorçuların İranda dini demokratiyanın əsas mehvərləri üzərində təmərküzləşmələrinin nişanəsi adlandırıb.
Əli Laricani Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimində bu gün İranın iki İŞİD-lə mübarizə apardığına işarə edərək, deyib: Bu gün biz regional İŞİD və beynəlxalq İŞİD ilə üzləşirik.
O, əlavə edib: Terrorizmin kökünü kəsmək istəyən kəslərin beynəlxalq İŞİD, yəni Amerika ilə mübarizə aparmaqdan başqa bir çarələri yoxdur.
İran İslam Şurası Məclisinin sədri ABŞ senatının son qərarı barədə isə belə deyib: Bu qərar terrorçulara dəstək və İrana qarşı yeni sanksiyaların tətbiqi istiqamətindədir.
O, əlavə edib: Bu gün amerikalıların həyasızlığı həddini aşıb, zira Sepah və Qüds qüvvələri terrorçulara qarşı ən mühüm regional döyüş qüvvələridirlər və Amerikanın bu hərəkəti onun regional terrorçuları müşayiət etdiyini göstərir.
Tehran terror hücumları şəhidlərinin cənazələri ilə vidalaşma mərasimi İslam İnqilabının Böyük Rəhbərinin ofis müdiri, icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin başçıları, bir qrup nazir, parlament üzvü, ölkə və ordu rəsmisi, eləcə də şəhid ailələrinin iştirakı ilə keçirilib.
Tehran terror hücumları şəhidlərinin cənazələri Tehranın cümə namazı mərasimindən sonra son mənzilə müşayiət olunacaq.