İyun 11, 2017 09:58 Asia/Baku
  • \
    \"Modern cahilliyin\" \"Qəbilə cahilliyi\" kənarındakı qılınc rəqsini həcv edin

İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei iranlı və bir sıra İslam ölkələri şairlərinə xitabən deyiblər: Modern cahilliyin qəbilə cahilliyi kənarındakı qılınc rəqsini həcv edin.

İnqilab Rəhbəri şənbə günü bir qrup mədəniyyət xadimi, şer və fars ədəbiyyatı ustadları habelə, gənc şarilər, Hindistan, Əfqanıstan və Türkiyədən gəlmiş şairlər ilə görüşdə şairləri müxtəlif mövzularla bağlı mənzumə əsərləri yaratmağa habelə, müasir dövrün bəzi qeyri adi hadisələri ilə bağlı həcv əsərləri yaratmağa dəvət ediblər. 

Həzrət Ayətullahülüzma Xamenei deyiblər: İslam Peyğəmbəri(s.ə.s) səhabələrindən olan bir şairə müşrikləri həcv etməsi barədə göstəriş vermişdi və bu gün də "modern cahilliyin" "qəbilə cahilliyi" kənarında qılınc rəqsi kimi məsələlər və ya Ərəbistan kimi bir dövlətin BMT-nin İnsan Haqları Komissiyasında yer alması ciddi formada həcvə ehtiyaclıdır. 

İnqilab Rəhbəri Suriya hadisələri, hərəm müdafiəçiləri və İraq olaylarını da barəsində yüzlərlə, minlərlə şer söylənəcək hadisələrdən adlandırıb və deyiblər: Bir çoxları amerikalıların İraqda nə kimi məqsədlərə malik olduqlarını və başlarının necə daşa dəydiyi barədə məlumatsızdır. Amma, "Səddam İraqı"nın necə " Şəhid Həkim İraqı"na çevrilməsi  son dərəcə önəmli və şərhə ehtiyaclı bir məsələdir. 

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, İslam İnqilabından öncəki dövrdə şer cərəyanının "agahlıq və milli oyanış"a xidmət etmədiyini deyərək, vurğulayıblar: O zamankı ədəbi mühitdə yeni düşüncə və yeni təfəkkür sahibi olduğunu iddia edən əksər insanlar İranın inkişafına və həqiqi yeniçiliyə heç bir xidmət etmirdilər. 

Həzrət Ayətullahülüzma Xamenei İslam İnqilabının qələbə çalmasını yeni bir şer dövrünün başlanğıcı, gənclər və şairlərin "bəsirət artıran və ölkənin maraqlarına xidmət edən" şerlər səhnəsinə daxil olmaları dövrü adlandırıb və deyiblər: Bu növ şairlərin çevrəsi hər gün daha da genişləndi və bu gün xoşbəxtlikdən dini və inqilabçı mövzuda yazılan şerlər daha üstün mövqeyə malikdir. 

Teqlər