Qasimi: İran bütün qonşularla hərtərəfli əlaqələrin tərəfdarıdır
"İran bütün qonşularla hərtərəfli əlaqələrin tərəfdarıdır və lazım olduğu hallarda Tehran regional əməkdaşlıqları artırmaq ardıncadır".
Bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mətbuat katibi İranın qonşularının Ərəb-İslam-Ər-Riyad NATO-suna maraq göstərməməsi haqda da deyib: Çoxlu məsələlər vardır. Bəzən məsələnin surətləri çıxarılır. O cümlədən "Ərəb NATO"su və ya regional Əhatəli Nüvə Proqramı. Amma bunun regional reallıqlarla çoxlu məsafəsi vardır. Yaxşı olar ki, səbir və hövsələ ilə məsələləri və olayları araşdırılsın.
İran XİN sözçüsü Bəhram Qasimi Ər-Riyad iclasını Ər-Riyadın şousu adlandırıb və deyib: Ər-Riyad şousunda şahidi olduğumuz məsələ çox keçmədi ki, tamamilə dəyişdi və iclas və dialoqla nəticələnən hər bir prosesin mütləq olaraq praktiki olmayacağı müşahidə olundu.
İran XİN mətbuat katibi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə diplomatik əlaqələri kəsməsinə toxunaraq deyib: 21 may Ər-Riyad iclası keçirildikdən sonra baş verən məsələlər təxribatçı nəticələr yaratdı.
Qasimi "Ərəb NATO"su haqda deyib: Belə ölkələrin keçmişi və onlar arasında hakim olan əlaqələri nəzərə aldıqda, bu zaman kəsiyində bu məsələlər haqda öncədən qərar vermək düzgün deyil və səbirli olmaq lazımdır.
Qasimi əlavə edib: Dünyanın başqa-başqa yerlərində tarix, mədəniyyət, coğrafiya və xüsusi şəraitə əsasən baş verən örnəklərin surəti başqa yerlərdə mümkün deyildir. Dünyanın hər bir yerində yeni hadisə baş verəcəksə, yerliləşməlidir, həmçinin o bölgənin xüsusi reallıqlarına əsasən olmalıdır.
İranın Xarici Diplomatiya İdarəsinin mətbuat katibi Səudiyyə Ərəbistanı vəliəhdinin müavini Məhəmməd Bin Salmanın Bakıya baş tutacaq səfəri barədə də deyib: Ərəbistan müstəqil bir ölkədir, öz məsələəri haqda özü qərar verir, istədiyi hər bir yerə səfər edə bilər. İran İslam Respublikası Ərəbistan rəsmilərinin dünyanın digər ölkələrinə səfəri haqda açıqlama verməyəcək.
İran XİN sözçüsü həmçinin İraq Kürdüstanında referendum haqda bir Ərəbistan qəzetinin iddiası barədə deyib: İraqın ərazi bütövlüyü çox önəmlidir, bu ölkə vətəndaşları stabillik və demokratiya ilə həyat hüququnu qoruya bilməlidirlər.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü habelə Suriyanın hazırkı vəziyyəti haqda deyib: ABŞ-ın Suriyadakı hərəkətləri terrorçular üçün əlavə vaxtı udmasına səbəb olub. ABŞ terrorizmlə mübarizə istiqamətində addım atmaq istəyirsə, öz qərarlarında dəyişikliklər yaratmalıdır.