Rəhbərlik Xübrəqanı Məclisinin "Ümumdünya Qüds Günü" ilə bağlı bəyanatı
Rəhbərlik Xübrəqanı Məclisi bir bəyanat yayaraq, xalqın Ümumdünya Qüds Günü yürüşündə iştirakını şəri və dini vəzifə elan etdi.
İRİB-nin verdiyi məlumata görə, Rəhbərlik Xübrəqanı Məclisi çərşənbə günü bir bəyanat yayaraq, Qüds gününü İslam Ümmətinin dünya imperializmi və beynəlxalq sionizm əleyhinə qiyamı adlandırıb və bildirib: Müsəlman xalqlar bir ay oruc tutduqdan, ibadət və bəndəlik etdikdən sonra İran İslam Respublikasının banisi İmam Xomeyninin(rə) müsəlmanların birinci qibləsi olan Qüdsü himayə üzrə çağrışının cavabında ayağa qalxacaq.
Rəhbərlik Xübrəqanı Məclisi bu bəyanatda əlavə edib: Qüds günü yürüşündə iştirak etmək və məzlum Fələstin xalqına dəstək vermək habelə, Ali-Səudun amansız hücumlarına məruz qalan Yəmənin məzlum və mübariz xalqı başda olmaqla dünyada zülmə məruz qalanları himayə etmək şəri və dini vəzifədir. Çünki, bu gün İslam Müqavimətinin şirin bəhrəsi və İmam Xomeyninin(rə) "Qüds günü, İslam günüdür" barədə dedikləri kəlamın reallaşdığı gündür.
Bəyanatda həmçinin deyilir: Rəhbərlik Xübrəqanı Məclisi müsəlman xalqları xüsusi ilə də İranın müsəlman xalqını Fələstin ideyasını yaşatmağa və Qüds günü mərasimini əzəmətli formada qeyd etməyə dəvət edir və Fələstinni məzlum xalqının qələbəsi və Qüdsün azad edilməsini Allahdan diləyir.
Mübarək Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü adlandırılıb ki, dünya müsəlmanları sionist rejimin irqçi siyasətlərinə qarşı öz nifrətini bəyan edə bilsin.