Ümumdünya Qüds Günü İslam Ümmətinin vəhdət simvoludur
Müqəddəs Müdafiə Dövrü İrsinin Mühafizə və Yayılması Fondu bir bəyanat yayaraq, Ümumdünya Qüds Gününü İslam Ümmətinin Fələstinin məzlum xalqını müdafiə etmək və işğalçı sionist rejim qarşısında dəstəkləmək üzrə vəhdət, müqavimət və iradə simvolu adlandırıb.
İRİB-nin məlumatına görə, Müqəddəs Müdafiə Dövrü İrsinin Mühafizə və Yayılması Fondu çərşənbə günü, Ümumdünya Qüds Günü ərəfəsində bir bəyanat yayaraq, bildirib: Hegemonçuluq quruluşu və beynəlxalq sionizmin Ümumdünya Qüds Gününün müsbət təsirlərini cilovlamaq və önləmək üzrə bütün cəhdləri və səylərinə baxmayaraq, hər il İslam Ümmətinin Fələstin xalqı və Qüdsün azadlığını himayə üzrə böyük oyanışının şahidi oluruq.
Bəyanatda həmçinin, Fələstin və Müqavimət əleyhinə olan bütün səylərin məğlubiyyətə məhkum olduğu bildirilir: İnsan haqları, demokratiya və azadlıq iddiaçılarının ikili siyasətlər yürütdükləri və ya sükut etdikləri bir şəraitdə Fələstin xalqı hələ də zülm, xəyanət, terror və təcavüzkarlıqlar ilə üzləşməkdədir.
Müqəddəs Müdafiə Dövrü İrsinin Mühafizə və Yayılması Fondu öz bəyanatında daha sonra belə bildirib: Bu gün Böyük Yaxın Şərq və Nildən Fərata qədər olan ərazilərdə İsrailin yaradılması üzrə planlar tamamilə iflasa uğrayıb və İslam Dünyasının bir nömrəli məsələsində yeganə uğurlu strategiya Fələstin ölkəsinin yaradılması, fələstinlilərin öz evlərinə qayıtması və ölkənin siyasi taleyini təmin etmək üçün bütün fələstinlilərin iştirakı ilə referendumun keçirilməsidir.
Ramazan ayının son cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib.